
Bu playlist Azərbaycan musiqisinin emosional atmosferindən ilhamlanan lo-fi və jazz reinterpretasiyalarından ibarətdir. Yumşaq ritmlər, isti harmoniyalar və sakit axın — gecə işləmək, dərs oxumaq və ya sadəcə rahatlamaq üçün idealdır. 🔧 Yaradılma prosesi haqqında: Bu treklər birbaşa AI cover deyil. Mahnıların hissələri gitara, melodika, piano ilə ifa olunmudur. SUNO ilə ayrı ayrı daha professional və səhvsiz manual toxunuşlar edilmişdir. Hər bir element ayrı track-lər şəklində hazırlanmış və Adobe Audition üzərində mix & edit edilmişdir. SUNO AI yalnız background elementləri ayırmaq və melodiyaları lo-fi & jazz stilinə uyğunlaşdırmaq üçün köməkçi alət kimi istifadə olunmuşdur Final nəticə orijinal reinterpretasiya və tam fərqli atmosfer üzərində qurulub. Ona görə bir seriya hazırlamaq ən azı 10-15 gün vaxtımı alır. Sizlərə daha keyfiyətli təmiz, drum və cızıltılı background olan coverlər verməmək üçün əlimdən gələni edirəm. Müqayisə etsəniz istər səs keyfiyəti istərsə də mahnılarda Azərbaycan ruhu fərqini görəcəksiniz 🎶 Birbaşa müəllif hüquqları ilə qorunan audiolar asanlıqla AI ilə çevrilib burada istifadə edilməmişdir. Bu playlisti saxla və gecələr üçün Azərbaycan ruhlu lo-fi & jazz sessiyalarını qaçırma 🌙 İzləmə sayı və rəyləriniz növbəti seriya üçün birbaşa motivasiyadır 🎶