
22 dekabr 2022-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada folklor ansamblının 30 illiyinə həsr olunmuş yubiley konserti baş tutub. #1 Çahargah rapsodiya (H.Rzayev) #2 Bura Vətəndir ! (C.Quliyev) #3 Yol (V.Hüseyn) #4 Ətrin qalıb güllərdə (R.Qasımova) #5 Rəhm eylə, İlahi (V.Gərayzadə) #6 Qafqaz (V.Mustafazadə) #7 Romeo mənim qonşumdur k/f-dən mahnı (R.Hacıyev) #8 Yaprak Dökümü t/s-dan musiqi (T.Işıklı) #9 Leyla (Xalq mahnısı) #10 Ay parçası (T.Məmmədhüseynov) #11 Dağlar (O.Kazimi) #12 Beşinci fəsil (R.Hüseynov) #13 Məhəbbət çırağı (T.Quliyev) #14 Ya sənindir, ya mənim (V.Gərayzadə) Qeyd edək ki, “Cəngi” estrada folklor ansamblı 1992-ci ildə pianoçu-bəstəkar Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Kollektiv bu illər ərzində bir çox dünya ölkələrində konsert və festivallarda iştirak edib.